Külli miqdarda dələduzluqda təqsirləndirilən MuğanBank ASC-nin Əhmədli filialının departament müdiri Azər Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Azər Mahmudov 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Azər Əhmədov "MuğanBank" ASC-nin Əhmədli filialının departament müdiri vəzifəsində çalışarkən başqalarının etbarından sui-istifadə edərək, onlara qarşı ümumilikdə 312 min 851 manat məbləğində ziyan vurub.
Vurulan ziyandan 23 784 manat pul ödənilib.
Cinayət işində 10-a yaxın zərərçəkmiş var.