28 Noyabr 2018 15:09
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı rayon İcra Hakimiyyətinin Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində işləmiş Ağaqədir Osmanovun barəsində olan ibtidai istintaq yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, Ağaqədir Osmanovun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Mirzə Xankişiyevin icraatına verilib.

Hazırlıq iclası dekabrın 5-nə təyin edilib.

Ağadədir Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər