Ağsu rayonunda oğurluq və soyğunçuluq edən şəxslər həbs edilib.
Bu barədə Teleqraf.com-a Ağsu rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Seymur Həsənovun evindən qızıl əşyalar oğurlamış Şamaxı rayon sakinləri Rəşid Mustafayev və Tural Hidayətov tutulublar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların avqustun 18-də soyğunçuluq yolu ilə Azər Bayramovun 200 manatını və mobil telefonunu almaları da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov