Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.
Qəsəbə sakininə məxsus “Mercedes” markalı avtomobildən içərisində 200 manat, sənədlər və təqaüd kartı olan pulqabı oğurlanıb.
Zərərçəkmiş baş verən hadisə ilə bağlı 6-cı polis bölməsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Vüqar Əhmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.