12 Yanvar 2019 18:35
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, yanvarın 3-dən 10-dək olan müddətdə Buzovna qəsəbəsindəki evlərin birindən pul, televizor, noutbuk, suvenirlər, digər elektrik, məişət və bəzək əşyaları oğurlanıb.

2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini Anar Fəttayev saxlanılıb.


Müəllif: Hacı Zeynalov