15 Yanvar 2019 13:58
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə spirtli maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Teleqraf.com-a verilən məlumata görə, məhkum Qelaşvili Mogeli Tariyeloviç ilə qısamüddətli görüşə gəlmiş qohumu Gürcüstan Respublikası vətəndaşı Abuladze İvane Stepanoviçin üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman plastik qabda kustar üsulla hazırlanmış spirtli maye aşkar edilib.

Qelaşvili Mogeli Tariyeloviç Cinayət Məcəlləsinin 133.2.1-ci (iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə əzab vermə), 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab verəm), 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə), 144.3-cü (adam oğurluğu) və 182.2.3-cü (hədə-qorxu yolu ilə tələb etmə) maddələrinə əsasən 12 il müddətinə azadlıqdan məhrum edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov