17 Yanvar 2019 15:17
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı rayonunda civə alveri ilə məşğul olan şəxsin tutulması üçün əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Xızı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Giləzi qəsəbəsində satış məqsədi ilə üzərində qanunla dövriyyəsi qadağan olunmuş zəhərli maddə gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini Elçin Bayramov olduğu müəyyən edilib.

Saxlanılan zaman Elçin Bayramovun üzərinə baxış zamanı, ondan qanunla dövriyyəsi qadağan edilərək zəhərli maddələr siyahısına daxil olan 340 qram metallik civə aşkar edilib.

Dindirilmə zamanı saxlanılan şəxs civənin ona məxsus olduğunu və 32 min manata satmaq niyyəti ilə Siyəzən rayonuna aparmaq istədiyini bildirib.

Faktla bağlı Xızı rayon polis şöbəsinin istintaq qrupunda Cinayət Məcəlləsinin 240.1.1-ci maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov