21 Yanvar 2019 16:10
1 591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda “Oba”mağazalar şəbəkəsində yaxın qohumuna əxlaqsızlıq təklif edəni öldürməyə cəhddə təqsirli bilinən 1993-cü il təvəllüdlü Rəhim Mamedovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, Rəhim Mamedov barəsində toplanmış material araşdırılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib. Yaxın günlərdə iş üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.

Qeyd edək ki, ötən il avqustun 1-də səhər saat 7 radələrində Bərdə rayon ərazisində 1967-ci il təvəllüdlü Ülfət Həsənov bıçaqlanıb.

O, kəsilmiş-deşilmiş yaralarla rayon Mərkəzi Xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Məlumatla əlaqədar Bərdə rayon polis şöbəsində dərhal əməliyyat qrupu yaradılıb. “İsti izlərlə” keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon Həsənqaya kənd sakini, 1993-cü il təvəllüdlü Rəhim Mamedov saxlanılıb.

Məlum olub ki, hadisə qisqancliq zəminində baş verib.

Ülfət Həsənov Bərdə rayonunda fəaliyyət göstərən “Bərdə OBA market-7” mağazasında satıcı işləyən Y. M.-ya əxlaqsız hərəkətlər təklif edib.

Bundan qadının qohumu Rəhim xəbər tutub və ora gələrək Ülfət Həsənova 4 bıçaq zərbəsi vurub.

Ülfət Həsənov “Bərdə OBA market-7” mağazasının administratoru işləyib.

İstintaq orqanı tərəfindən 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov