22 Yanvar 2019 11:12
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl törətməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Samir Şabanov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il aprelin 21-də Maştağa qəsəbəsində baş verib.

Samir küt alətlə Hətəm Şabanovu qətlə yetirib. Hətəm Şabanov Samirin keçmiş qayınatası olub. Onların arasında mübahisə alimentin ödənilməsinə görə yaranıb.


Müəllif: Hacı Zeynalov