1 Sentyabr 2014 10:40
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün axşam saatlarında Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xudat-Nabran yolunun 5-ci km-də qeydə alınıb.

1990-cı il təvəllüdlü İsgəndərova Simuzər Həsən qızı yüksək sürətlə idarə etdiyi “Hyundai Santafe” markalı avtomaşının idarəetməsini itirərək yolun kənarındakı xəndəyə aşırıb. Qəza nəticəsində maşında olan 1985-ci il təvəllüdlü Abşeron şəhər sakini Məmmədov Vidadi Elçin oğlu dünyasını dəyişib.


Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

/APA/


Müəllif:

Oxşar xəbərlər