Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan Orxan Rzaquliyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, Orxan Rzaquliyevin barəsində toplanan cinayət işi üzrə material baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Mayıl Bayramovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası martın 18-nə təyin edilib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilir.
Orxan Rzaquliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.