20 Aprel 2019 10:49
1 497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda tikinti biznesi ilə məşğul olan Türkiyə vətəndaşı, “Hom Paş Prestij” MTK-nın sədri Hikmət Yigitdölün barəsində cinayət işi başlanıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Hikmət Yigitdöl Bakı şəhərində hündürmərtəbəli binaların tikintisi ilə məşğul olub.

O, vətəndaşları ev almağa cəlb edib. Sonradan bir mənzili bir neçə nəfərə sataraq dələduzluğa yol verib.

Cinayət işi üzrə 74 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Hikmət Yigitdölün barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Ramella Allahverdiyevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.

Qeyd edək ki, Hikmət Yigitdöl tikinti sahəsi üzrə olan biznesmen İsfəndiyar Axundovun (“Şərurlu İsfəndiyar”) şəriki olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər