5 Sentyabr 2014 10:11
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində “Sərin Məkan” restoranının qarşısında qeydə alınıb.


Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Ehtiram Haşımov aralarında yaranan münaqişə zəminində 1988-ci il təvəllüdlü Seyidcəlal Nazim oğlu Revnixanovu və qardaşı Zeynalı bıçaqlayıb.

Hər iki şəxs ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən E.Haşımov tutulub.


Müəllif: