6 May 2019 12:33
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda iki nəfərin ölümünə səbəb olan sürücü Fəxrəddin Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Fəxrəddin Bəşirov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əvvəl keçirilən prosesdə prokuror Fəxrəddin Bəşirovun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, ötən il oktyabrın 2-də, saat 10 radələrində Sumqayıt şəhər sakini Fəxrəddin Bəşirov idarə etdiyi “İsuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi rayonu, Novxanı qəsəbəsi, Dəniz Kənarı küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Ayxan Qasımov və Rasim Bayramovu vurub.

Onlar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Fəxrəddin Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xatırladaq ki, qəza nəticəsində dünyasını dəyişənlərdən biri – Ayxan Qasımov “Sumqayıt”ın U-15 komandasında çıxış edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər