Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini M.İbrahimov saxlanılıb.
Teleqraf.com xəbər verir ki, şəxsi axtarış zamanı ondan çəkisi 179 qrama yaxın 286 ədəd “Metodan” həbləri və bir ədəd bıçaq aşkar edilərək götürülüb.
Davam edən tədbirlərlə onun yaşadığı evin həyətindəki meyvə ağacının dibinə basdırılıb, çəkisi 140 qram olan heroin, digər ağacın dibində isə basdırılmış 1 ədəd “Makarov” tipli tapança və ona məxsus patron darağı, 2 ədəd patron, yataq otağının mebel dəstindən isə 12 qram “metafetamin”nə oxşar psixotrop maddə aşkar olunub.