7 Sentyabr 2014 13:39
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda vətəndaşlara məxsus ot tayaları yanıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İsmayıllı rayonu, Soltankənd kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 1.5 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Talıstan kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 222 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə və içərisinə yığılmış 4.2 ton ot bağlamasının 2.5 tonu yanıb. Tövlənin və otun qalan hissəsi yanğından mühafizə olunub.


Müəllif: