7 İyun 2019 16:58
1 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda narkotik alveri ilə məşğul olan baş redaktor Şəfəq Ağacanın barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində Şəfəq Ağacanın şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Xətai rayon Məhkəməsinin qərarı ilə Şəfaq Ağacanın barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

İttihama görə, paytaxtın Nərimanov rayonu ərazisində Şəfəq Ağacan narkotik maddə olan marixuananı satarkən yaxalanıb.

Hüquq-mühafizə orqanları əməkdaşları onun üzərinə baxış keçirərkən ondan satmaq istədiyi bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüb.

Qeyd edək ki, Şəfəq Ağacan kimi tanınan Şəfəq Ağabalayeva Bakupress.az saytının təsisçi və baş redaktorudur.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər