Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində Şəki şəhər sakini, 2002-ci il təvəllüdlü Sakit İsayev bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.
Məlum olub ki, Sakit İsayev bıçaqlandığı ərazidə marketdən çıxanda bir nəfər onun çiyninə qəsdən vurub. Sakit İsayev bundan əsəbiləşib və onların arasında mübahisə yaranıb.
Mübahisə zamanı Sakit İsayev həmin şəxs tərəfindən bıçaqlanıb.
Polisdə aparılan araşdırma zamanı məlum olub ki, onu 2003-cü il təvəllüdlü Nicat Vəliyev bıçaqlayıb.
Nicat Vəliyev həbs edilib.
İstintaq orqanı tərəfindən Nicat Vəliyevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İstintaq davam edir.