Bakının Səbail rayonundakı banklardan birinə saxta pul təqdim olunub.
Teleqraf.com xəbər verir kii, bank filialında 3 ədəd 50 dollarlıq saxta əskinası dəyişməyə cəhd göstərən şəxs orada xidmət aparan Rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb.
9-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Ucar rayon sakini E.Həsənov olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.