Qusar rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Qusar rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun Şirvanovka kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Radik Mahmudov yaşadığı evin həyətindəki ağacdan özünü asaraq ölüb. Onun asılmış meyitinin ailə üzvləri aşkar edib.
Radik İbrahimovun içki düşkünü olduğunu və hətta bir neçə ay əvvəl intihara cəhd etməsi də bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov