Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Qala qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Aqil Əliyev münaqişə zəminində həmyerliləri Əsgər Quliyevi, onun qardaşları Tərlan və Ceyhunu bıçaqlayıb.
Əsgərə və Tərlana xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, Ceyhunun vəziyyəti ağırdır.
Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyev tutulub.
Hacı Zeynalov