11 Sentyabr 2014 17:25
1 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Metropoliteninin bələdçisi Günay Məmmədovanın ölümü ilə bağlı başlanmış cinayət işinin icraatına xitam verilib.

APA-nın məlumatına görə, bununla bağlı Suraxanı Rayon Prokurorluğunda qərar qəbul olunub.

Qərara əsasən, Günay Məmmədovanın ölümü ilə bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanmış cinayət işinin icraatına xitam verilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib.

Qeyd edək ki, 2013-cü ilin avqustun 30-da Suraxanı rayonu ərazisində Bakı şəhər sakini Təhmin Verdiyev “BMW X5” markalı avtomaşını idarə edərkən Günay Məmmədovanı vurmuş və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qəza baş verən zaman G. Məmmədovanın nişanlısı, polis serjantı Rabil Rzayev də hadisə yerində olub.


Faktla bağlı həmin gün Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı T. Verdiyevin hərəkətlərində cinayət tərkibi olmadığından 28 yanvar 2014-cü il tarixdə iş üzrə icraata xitam verilib.


Eyni zamanda mərhumun nişanlısı Rabil Rzayevin hərəkətlərində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsinin tərkibinin olub-olmamasının yoxlanılması və sonuncunun hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar aidiyyəti üzrə Suraxanı Rayon Prokurorluğuna göndərilib.


E. Sultanov bildirib ki, Rabil Rzayevin əməlində CM-in 125-ci maddəsinin tərkibi olmadığından 2014-cü il mayın 16-da cinayət işi üzrə icraata xitam verilib.


Müəllif: