12 Sentyabr 2014 01:11
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdədə avqust ayında vətəndaşa məxsus ev və mağazadan oğurluq edən gənclər saxlanılıb.

Teleqraf.com-un xəbərinə görə, onlar 1994-cü il təvəllüdlü Dadaşov Rauf Yaşaq oğlu və 1995-ci il təvəllüdlü Qarayev İlkin Rafiq oğludur.

Saxlanılan şəxslərin hər ikisi Bakı şəhərində yaşayır. Bərdəyə xalasıgilə qonaq gələn İlkin Qarayev bir neçə gündən sonra dostu Rauf Dadaşova zəng vuraraq onu dincəlmək üçün Bərdəyə dəvət edib. Burada görüşən dostlar bir neçə gün sonra şəhərin E.Əsədov küçəsində yerləşən Dadaşov Zabil Məhəmməd oğluna məxsus mağazaya qanunsuz daxil olaraq, müxtəlif markalı siqretlətlər, spirtli içkilər və mobil operatorlara məxsus müxtəlif dəyərli danışıq konturları oğurlayıblar.

Rayon polis şöbəsinin apardığı əməliyyat tədbirləri nəticəsində oğurluğu törədən gənclər Bakı şəhərində həbs ediliblər. Hazırda sözügedən cinayət hadisəsi ilə bağlı cinayət işi aparılır. Bildirilib ki, bu gənclərin ilk cinayət hadisəsi deyil. Hər iki gənc barəsində eyni əmələ görə əvvəllər cinayət işi aparılıb.

Daşqın Abdullayev


Müəllif: