6 Avqust 2019 13:18
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranlı şərikini döyməkdə və onu qanunsuz azadlıqdan məhrum etməkdə təqsirli bilinən Dilsuz Dəmirçiyev barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Azər Tağıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

İran vətəndaşı Vakili Razlighi Alinin qanunsuz azadlıqdan məhrum edilməklə döyülərək xəsarət alması barədə müraciəti Bakı şəhər prokurorluğunda araşdırılıb.

Araşdırma zamanı bu il mayın 14-də paytaxtın Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Ellips” gecə klubunun sahibi Dilsuz Dəmirçiyevin şəriki Razlighi Vakilini qanunsuz azadlıqdan məhrum etməsi və döyərək az ağır bədən xəsarəti yetirməsinə şübhələr olduğundan faktla əlaqədar Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb.

Dilsuz Dəmirçiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, Dilsuz Dəmrçiyev Bakı şəhərində fəaliyyət göstərən “Ellips”, “Otto”, “Süfrə”, “Status” “Malibu” adlı məşhur gecə klublarının sahibidir.

Canayət işində 53 zərərçəkmiş var.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər