8 Avqust 2019 10:54
391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quldurluqda təqsirləndirilən Nicart Zeynallının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu il aprelin 30-da Binəqədi rayon ərazsisində yerləşən “OBA” marketlər şəbəkələrindən birində törədilib. 26 yaşlı N.Zeynallı Azadlıq prospekti 108 ünvanında fəaliyyət göstərən marketə daxil olaraq, ülgüclə 27 yaşlı Quliyeva Fatimə Bəhram qızını hədələyib və ondan mağazanın seyfini açmasını tələb edib.

Qız onun tələbini yerinə yetirib. N.Zeynallı seyfdən 2400 manat pul götürdükdən sonra hadisə yerindən qaçsa da, tezliklə Binəqədi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Fakt üzrə quldurluq maddəsi ilə cinayət işi başlanılıb.

Məlum olub ki, saxlanılan şəxs elə həmin mağazada çalışıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər