Hindistanda azyaşlılara qarşı seksual cinayətlər davam etməkdədir.
Bu dəfə ölkənin cənubundakı ştatlardan birində 6 kişi köməksiz vəziyyətdə olan azyaşlı qıza təcavüz ediblər. Hadisə nəticəsində uşağın ürəyi gedib və bundan sonra həmin şəxslər oradan uzaqlaşıblar.
Hadisədən xəbərdar olan ailə azyaşlını günahkar hesab ediblər. Buna görə də cəza olaraq uşağın saçları kəsilib və o, küçədə gəzdirilib. Polis isə cinayətkarların saxlanıldığını bildirib.