13 Sentyabr 2014 13:55
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda minik avtomobili yük qatarı ilə toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 12-də saat 15 radələrində Ağstafa rayonunun Muğanlı kəndində qorunmayan keçiddə Qarayazı kənd sakini Anar Həşimov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yük qatarına vurub.

A.Həşimovun sərnişinlərindən Şaiq Bəhrəmov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar araşdırma aparılır.


Müəllif: