13 Sentyabr 2014 14:15
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonundakı Yeni dairəvi yolda baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 12-də saat 23 radələrində Yasamal rayonu Yeni dairəvi yolda Bakı şəhər sakini Elnur Məmmədov idarə etdiyi “Ford” markalı avtomobili yolayrıcına vurub.

E.Məmmədovun sərnişinlərindən olan Rusiya Federasiyasının vətəndaşı Kurjan Açmazova hadisə yerində ölüb, özünə və digər 3 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdlrma aparılır.


Müəllif:

Oxşar xəbərlər