11 Sentyabr 2019 15:11
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri - Şakir Nuriyev və Ramiz Əmiraslanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 25-nə təyin edilib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan Rayon Şöbəsinin müdiri Şakir Nuriyev və digər vəzifəli şəxs Ramiz Əmiraslanov xidmətdə olduqları vaxt yeyinti etdikləri üçün cinayət məsuliyyətinə cəlb olunublar.

Hər iki şəxs Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilirlər. Zərərçəkmiş tərəf isə Fondun Zəngilan rayon şöbəsidir.

Şakir Nuriyev vəzifədə olduğu müddət ərzində ölkə mediasında bir neçə dəfə onun keçmiş nazir Səlim Müslümovun tələbə yoldaşı və dostu olduğu qeyd olunub.

Səlim Müslümov fonda rəhbər təyin edildikdən sonra Şakir Nuriyevi də vəzifəyə təyin edib.

Şakir Nuriyev İmişli, Qaradağ, Qobustan və Şuşa rayon şöbələrinin müdiri işləyib. Bir müddət isə DSMF-nin kadrlar şöbəsinə rəhbərlik edib.

Payaxtın Səbail rayonunda müdir işləyəndən sonra Zəngilana təyin olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər