16 Sentyabr 2014 14:32
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Şəki şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Aşağı Göynük kəndində qeydə alınıb. Zaqatala rayon sakini Elməddin Qocayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Faiq Tahirovu vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: