Bakıda bir gündə iki piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisələrdən biri Nərimanov rayonu Təbriz küçəsində qeydə alınıb. Bakı şəhər sakini Vüsal Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Əhməd Nağıyevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada ölüb.
Ölümlə nəticələnən daha bir yol qəzası Sabunçu rayonunda baş verib. Sabunçu qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Orxan Rüstəmov vurulub. Piyada xəstəxanaya yerləşdirilib.
Hacı Zeynalov