Daxili İşlər Nazirliyi Şəmkir rayonunda baş verən silahlı insidentlə bağlı məlumata yayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, sentyabrın 17-də Şəmkir rayonunun Kür qəsəbəsindəki “Soyuq bulaq” adlandırılan ərazidə qəsəbə sakini Rəşad Məmmədovla Mahmudlu kənd sakini, əvvəllər məhkum olunmuş Nazim Abbasov arasında münaqişə baş verib. R.Məmmədov ov tüfəngindən, N.Abbasov isə “AKM” markalı silahdan bir-birinə atəş açaraq xəsarət yetiriblər. R.Məmmədov aldığı xəsarətdən hadisə yerində ölüb.
Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində baş və ayaq nahiyələrindən xəsarət almış N.Abbasov tutulub. Ondan “AKM” markalı silah və 16 ədəd patron götürülüb.
Hacı Zeynalov