Bakının Xəzər rayonunda kişi sirkə turşusundan zəhərlənib.
Bu barədə Teleqraf.com-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, rayonun Mərdəkan qəsəbə sakini Ceyhun Kazımov zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
Araşdırmalar zamanı müəyyən olunub ki, Ceyhun Kazımov sirkə turşusundan zəhərlənib. Onun intihar məqsədilə sirkə turşusu içdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov