20 Sentyabr 2014 22:56
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Saravan şəhərində 1342 kiloqram opium müsadirə olunub.

Trend-in İrna agentliyinə istinadan verdiyi məlumata görə, bunu Sistan və Bəluçistan əyalətinin polis rəisi briqada generalı Hüseyn Rəhimi şənbə günü bildirib.

Onun sözlərinə görə, narkotik ilə mübarizə dəstəsi əməliyyatı silahlı qaçaqçılar tərəfindən "Toyota" markalı avtomobilində narkotik daşınması haqqında məlumətı aldıqdan sonra həyata keçiriblər.
Rəhimi qeyd edib ki, saxlanılmış avtomobildə 786,980 kiloqram opium aşkar olunub.

Həmçinin polis rəisi bildirib ki, Saravanda keçirilən başqa bir uğurlu əməliyyat nəticəsində 555,200 kiloqram opium aşkar olunub.


Müəllif: