23 Sentyabr 2014 09:47
2 806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Yaşar Abdullayev küçəsində qeydə alınıb. Həmin ünvanda Ağakərim Şamidzadə yaşadığı evin qarşısında qonşusu tərəfindən bıçaqlanıb. Elvin Şirinov ona 3 bıçaq zərbəsi vurub və hadisə yerindən qaçıb. Hazırda onun tutulması üçün tədbirlər görülür.

Ağakərim Şamidzadə “Xəzər” televiziyasında “Ləziz dad” proqramının aparıcısı olub.

Yasamal rayon polis idarəsinin 28-ci polis bölməsinin əməkdaşlarını keçirdiyi əməliyyat nəticəsində Elvin Şirinov həbs edilib.

Aparıcının bıçaqlamasının təfərrüatları məlum olub. Aparıcının telfonunu açan Elmar adlı bibisi oğlu Publika.az-a bildirib ki, Ağakərim Şamidzadə dünən gecə saat 10 radələrində evə gələrkən qonşusu tərəfindən bıçaqlanıb:

“O, yaşadığı binanın qarşısında avtomobilini parkofka edərkən qonşusu Elvin Şirinov içkili vəziyyətdə onun avtomibilinə oturub. A.Şamidzadə içkili vəziyyətdə olan E.Şirinovu avtomobilindən düşməyini tələb edib və bu zaman aralarında mübahisə yaranıb. Sonra E. Şirinov evinə gedib və gətirdiyi bıçaqla A.Şamidzadəyə hücum edib. A.Şamidzadə qarın boşluğundan bıçaq xəsarətləri alıb. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər dərhal onun üzərində əməliyyat aparıblar”.

Elmar bildirib ki, A.Şamidzadənin səhhəti normallaşıb. Onu bıçaqlayan qonşusu polis tərəfindən saxlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər