23 Sentyabr 2014 11:26
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda silahla gəzən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Xətai rayon Polis İdarəsi 37-ci polis bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Çingiz Hacıyev sentyabrın 22-də Xocalı prospektində şübhəli şəxs qismində saxlanılıb.

Çingiz Hacıyevdən buraxılış ili və nömrəsi silinmiş, sandıqçasında 3 ədəd patron olan Makarov tapançası aşkar edilərək götürülüb. O, əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: