Ötən il 818 cinayətkar qrup zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov ötən ilin yekunlarına darir keçirilən kollegiya iclasında bildirib.
Nazir qeyd edib ki, qeyri-leqal dövriyyədən bütövlükdə 1 ton 231 kiloqram narkotik vasitə çıxarılıb. Qeyri-qanuni kultivasiya edilən 127 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.