24 Sentyabr 2014 10:59
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran Ağır Cinayətlər Məhkəməsində narkotik alverində ittiham olunan 1981-ci il təvəllüdlü Xalid Hüseynovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Xalid Hüseynov 2014-cü ilin yanvar ayında külli miqdarda narkotik vasitə olan 1013,3 qram heroin, 3021,3 qram tiryək, 202,08 qram həşiş qətranı, habelə külli miqdarda psixotrop maddə olan 1806,5 qram metamfetamin əldə edib.

O, həmin narkotik vasitələri yaşadığı Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən mənzilinin eyvanında gizlədib. Həmin ilin martın 14-də, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Xalid Hüseynov yaxalanıb. Onun gizlətdiyi narkotik vasitə aşkar edilərək götürülüb.

Xalid Hüseynov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilib. Hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Xalid Hüseynov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər