Ağdaş rayonunda azyalışya qarşı zorakılıq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Ağdaş rayon sakini Elcan Hümmətov rayon ərazisində 10 yaşlı Eldar Səmədova (ad və soyad şərti verilib - red.) təcavüz edib.
Azyaşlının ailə üzvlərinin hüquq-mühafizə orqanlarına müraciət edəndən sonra Elcan Hümmətov həbs edilib.
İstintaq orqanı tərəfindən Elcan Hümmətovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Elcan Hümmətovun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün ilkin istintaq hərəkətləri zamanı toplanan material baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilib.
Hakim Nizam Əliyevin sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını təqdimatı təmin olunub.
Məhkəmə Elcan Hümmətovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Elcan Hümmətovun barəsində olan cinayət işi üzrə istintaq davam edir.