11 Mart 2020 16:09
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda polis əməkdaşları iki rayonda baş verən oğurluq faktlarının üstünün açılması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsi və Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində 2 mağazadan ümumilikdə 6650 manat dəyərində 14 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini R.Qasımov saxlanılıb, digər 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Bundan başqa, oğurluq etdiyinə görə tutulmuş R.Əliyevin ətrafında Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsində araşdırma aparılıb.

Polis əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 1 həyətyanı sahədən 3000 manat dəyərində məişət əşyaları və bağ evlərinin birinin zirzəmisindən 1480 manat dəyərində kombi aparatı və su mühərriki oğurlaması müəyyən edilib.

Hər iki faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər