10 Aprel 2020 23:28
2 601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hüquq-mühafizə orqanları ölkə ərazisində əməliyyat nəticəsində axtarışda olan azərbaycanlını saxlayıb.

Axar.az xəbər verir ki, saxlanılan 51 yaşlı Maqsud Mahmudovu Azərbaycanın İnterpol xətti ilə axtardığı üzə çıxıb. O, ötən ilin noyabrından Ukraynaya gəlib və orada gizlənirmiş. Bu müddətdə o, taksi xidmətindən istifadə edib, tez-tez telefon nömrəsini dəyişirmiş.

M.Mahmudov Ukraynada siyasi mühacir statusu almaq niyyətində imiş. Təhlükəsizlik orqanı əməkdaşları 51 yaşlı azərbaycanlını Kiyevin Qoloseyski rayonunda kirayə qaldığı mənzildə yaxalayıb.

Onun yaxın vaxtlarda Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.

M.Mahmudov daha əvvəl fırıldaqçılığa görə həbsdə olub. Lombard sahibi olan M.Mahmudovun külli miqdarda qızılı ölkədən götürüb qaçdığı iddia edilirdi. Qızıl sahiblərinin şikayəti əsasında ona cinayət işi açılmışdı.

Qeyd edək ki, M.Mahmudov xaricə getdikdən sonra Azərbaycan hakimiyyəti haqda mənfi fikirlər səsləndirirdi. Bu da siyasi mühacir statusu almaq üçün edilən cəhd kimi qiymətləndirilirdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər