Daxili İşlər Nazirliyi İsmayıllı rayonunun Qubaxəlilli kəndində baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, sSentyabrın 29-da saat 12 radələrində İsmayıllı rayonunun Qubaxəlilli kəndində Ağsu rayon sakini Davud Məmmədovun idarə etdiyi “Mercedes” və Göyçay rayon sakini Bəxtiyar Əsgərovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.
D.Məmmədov və sərnişinlərindən - arvadı Jalə, qızı Gülay, azyaşlı nəvəsi Mələk, Ağsu şəhər sakinləri Günel Məhərrəmli, Ramiz, habelə B.Əsgərovun sərnişinləri - atası Firudin, anası Lumu, arvadı Nahidə hadisə yerində ölüb, özü və D.Məmmədovun digər sərnişini Sevinc Mirzəyeva xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, hadisə toy karvanında baş verib.
Hacı Zeynalov