16 Aprel 2020 10:59
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 30 kiloqrama yaxın narkotik vasitə və psixatrop maddə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Musa Bayramzadə idarə etdiyi “Vaz 2106” markalı avtomobillə saxlanılıb.

Onun idarə etdiyi avtomobilə keçirilən baxış zamanı oradan 19 kiloqram 400 qram narkotik vasitə heroin, 6 kiloqram 315 qram qurudulmuş marixuana, 4 kiloqam 25 qram psixatrop maddə metamfetamin aşkarlanaraq götürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər