Bakının Binəqədi rayonunda əməliyyat keçrilib.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin cinayət axtarış şöbəsi və 43-cü polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Rəşad Baxşıyev həbs edilib.
Ondan 0, 184 qram heroin, 0,188 marixuana və 17,435 çətənə toxumu aşkar edilib.
Bundan başqa Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər adam öldürməyə məhkum olunan, 1979-cu il təvəllüdlü Elxan Mustafayev tutulub. Ondan 2, 039 qram metamfetamin aşkar edilərək götürülüb.
Daha bir əməliyyat Yasamal rayonunda keçirilib.
Yasamal rayon Polis İdarəsinin post-patrul bölüyü əməkdaşları tərəfindən Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü İlham Nağıyev və Siyəzən rayon sakini 1988-ci il təvəllüdlü Tural İlyasov saxlanılıb.
Onların üzərindən 0, 285 qram metamfetamin, 4 ədəd bıçaq və dəmir parçaları aşkarlanıb. Saxlanılan şəxslər 26-cı polis bölməsinə təhvil verilib.
Hər üç faktla bağlı cinayət işi başlanıb.