4 Oktyabr 2014 10:24
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda intihara cəhdin qarşısı alınıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olmuşdur.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, vətəndaş dəmir asma körpünün üstünə qalxaraq intihar etmək niyyətini nümayiş etdirir.

Xilasedicilər hadisə yerində toplaşan vətəndaşların ərazidən uzaqlaşdırılmasını və təhlükəsizlik çadırının çəkilməsini təmin etmişlər. Aparılmış psixoloji sohbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılmış, təhlükəsizlik tədbirlərinə riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə xilasedicilər tərəfindən körpünün dəmir konstruksiyasından aşağı endirilərək Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir.


Müəllif: