5 İyun 2020 09:50
1 862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda polis əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin narkotiklə mübarizə bölməsi və 39-cu polis bölməsinin əməkdaşları daxil olan məlumat əsasında Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Aleksey Yeqorovu saxlayıblar.

Üzərində baxış keçirilərkən ondan 1, 577 marixuana, 0,177 qram metamfetamin aşkar edilib.

Qaradağ rayon Polis İdarəsinin əməkdaşları isə əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü Altay Sabirovdan 0,313 heroin aşkar edib.

Daha bir əməliyyat Nərimanov rayounda keçirilib.

Nərimanov rayon Polis İdarəsi və 16-cı polis bölməsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdü Məmməd Rzayev saxlanılıb. Onun üzərindən 0, 824 qram heroin aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov