Yevlax rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Yevlax rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qaroğlan kənd sakinləri Rəşad Kərimovdan 7,34 qram marixuana, Danil Çurkinə məxsus həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 22 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.