Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, iyunun 7-də, saat 17.15-də Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri reydlər nəticəsində Sabunçu rayonu, Sabunçu bazarının içərisində yerləşən adsız kafedə epidemiya əlehinə rejimin sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edilib.
Ümumilikdə 9 nəfər şəxs saxlanılıb.
Belə ki, kafenin icarədarı paytaxt sakini, 1962-ci il təvəllüdlü Məlakə Xəlilova və digərləri saxlanılaraq 12-ci polis şöbəsinə gətirilib, video çəkilişlər aparılıb.
Məhəbbət Quliyeva, Nəriman Kərimov və Səddam Əlili İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə barələrində inzibati protokollar tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Sabunçu rayon Məhkəməsinə göndərilib.
12-ci polis şöbəsinə ətirilən digər 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək hər biri 200 manat məbləğində cərimə olunub və ümumilikdə 1 200 manat məbləğin tam şəkildə ödənilməsi təmin edilib.