Bakıda iki qadının fahişəliyə cəlb etməkdə ittiham olunan Asif Gülmalıyev və Əli Məcidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Vüqar Məmmədovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlayacaq.
İttihama görə, Asif Gülmalıyev və Əli Məcidov yüngül həyat tərzi keçirən iki qadını maddi gəlir əldə etmək məqsədilə fahişəlik etməyə məcbur ediblər.
İstintaq orqanı tərəfindən Asif Gülmalıyev və Əli Məcidovun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.