Bu gün saat 12:30 radələrində Bakı və Abşeron Yarımadası Palçıq Vulkanları qrupu Dövlət Təbiət qoruğuna daxil olan Keyrəki vulkanında püsgürmə baş verib.
Teleqraf.com-un Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, partlayışla müşahidə edilən püskürmə nəticəsində xaric olan vulkan kütlələri 200 metrə qədər yayılıb.
Hazırda ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər aidiyyatı qrupların əməkdaşları cəmləşiblər və onlar təhlükəsizlik tədbirləri həyata keçirirlər. Ərazidə püskürmənin həcmi hesablanır.
Qeyd edək ki, Keyrəki vulkanında sonuncu püskürmə 2001-ci ildə baş vermişdi.